“2025-ci ildə ABB səhmlərinin təkrar bazarda dövriyyəsi 18 milyon manat təşkil edib” – Nadir Babazadə

ABB İnvest İnvestisiya şirkətinin icraçı direktoru Nadir Babazadə bu gün keçirilən “2025-ci ilin yekunlarına dair mətbuat konfransında” bankın səhmdarlarının ümumi yığıncağında qəbul edilmiş dividend qərarını açıqlayıb.

Nadir Babazadə bildirib ki, səhmdarlar tərəfindən 200 milyon manat məbləğində dividend ödənişi qərara alınıb. Səhmdarların Yığıncağından bir gün öncəki reyestrdə səhmdar olan hər kəs bu ayın sonunadək dividendləri əldə edəcək.

İcraçı direktor həmçinin 2025-ci ildə Bakı Fond Birjası üzrə əməliyyatlara da toxunub. Onun sözlərinə görə, fond birjası üzərindən aparılan əməliyyatlarda toplam təxmini 39 milyard manata yaxın ümumi dövriyyə olub. Bu əməliyyatlar çərçivəsində 25 mindən çox əqd baş tutub ki, bu da bazarın təxminən 50 faizindən yuxarı hissəsini təşkil edir.

Səhm hissəsi üzrə dövriyyə 18 milyon manat olub. Qeyd edilib ki, ABB səhmlərinin ümumi dövriyyəsi 22 milyon manat təşkil edibsə, bunun 18 milyon manatı 2025-ci ildə baş verib.

Nadir Babazadə repo əməliyyatlarında kəskin artım olduğunu da vurğulayıb. Bu, repo alətinin bazarda banklar tərəfindən daha aktiv istifadə olunmasına işarədir. Qısamüddətli vəsaitin əldə edilməsi aləti kimi repo, eyni zamanda vəsaiti olan fiziki və hüquqi şəxslərin öz vəsaitlərini əks repo vasitəsilə tələb olunan tərəfə təqdim etməsinə imkan yaradır.

  • Əlaqədar Yazılar

    Brent 76,6 dollara qədər bahalaşıb
    • İyul 10, 2026

    Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Brent…

    Davamı oxu
    “Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
    • İyun 23, 2026

    Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol London İqlim Həftəsi çərçivəsində medianın suallarını cavablandırıb. məlumatına görə, Birol bildirib ki, müharibənin davam…

    Davamı oxu