Fərrux Fərəcullayev: “AzInTelecom Afrika bazarında yeni əməkdaşlıq imkanlarını müzakirə edir”
AzInTelecom Afrikanın aparıcı texnologiya tədbirlərindən biri olan “AI Everything Kenya x GITEX Kenya 2026” sərgisində iştirak edib. GDP Media xəbər verir ki,şirkətin kommersiya direktoru Fərrux Fərəcullayev tədbir çərçivəsində keçirilən panel müzakirələrində çıxış edərək süni intellektin böyükhəcmli dataların idarə olunmasındakı rolu və bu sahədə formalaşan yeni çağırışlar barədə fikirlərini bölüşüb. Tədbir zamanı AzInTelecom-un innovativ məhsul və xidmətləri beynəlxalq auditoriyaya təqdim olunub. Eyni zamanda müxtəlif ölkələrdən olan texnologiya şirkətləri və tərəfdaşlarla yeni əməkdaşlıq imkanları müzakirə edilib. Fərrux Fərəcullayev bildirib ki, qlobal texnologiya platformalarında iştirak şirkətin rəqəmsal həllərinin tanıdılması və beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Afrika ölkələrinin dayanıqlı rəqəmsal transformasiyasına dəstək vermək AzInTelecom-un əsas prioritet istiqamətlərindən biridir.

