İpoteka Fondu əmlak ekspertləri üçün infotur və görüş təşkil edib

Əmlak ekspertləri üçün infotur və görüş keçirilibAzərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası”na uyğun olaraq daşınmaz əmlak sahəsində ixtisaslaşmış ekspertlərlə görüş və infotur təşkil olunub.

GDP Media xəbər verir ki, tədbir çərçivəsində iqtisadçı ekspertlər qrupu ilk olaraq Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində olub. Onlara bildirilib ki, kompleksdə 1, 2 və 3 otaqlı tam təmirli mənzillər vətəndaşların ixtiyarına verilib. Mənzillər geniş həyətyanı sahəyə malikdir, əsas infrastruktur obyektlərinə yaxın ərazidə yerləşir. Mənzillər müasir tikinti materialları ilə yüksək səviyyədə təmir edilib, istilik sistemi (kombi daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, həmçinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.Sonra Fondun əməkdaşları satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi haqqında təqdimat ediblər. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanlarına əsasən 2020-ci ildən etibarən bu mexanizmlə vətəndaşlara kirayə mənzillər təqdim olunur. Ötən dövrdə mexanizm çərçivəsində Bakı, Sumqayıt və Abşeron rayonu üzrə 17 ünvanda kirayə mənzillər təklif edilib, 9526 kirayə müqaviləsi rəsmiləşdirilib. Mənzil şəraiti yaxşılaşanların 70 faizə yaxınını gənclər və gənc ailələr təşkil edir.Ekspertlərə həmçinin vurğulanıb ki, mexanizm üzrə şəffaflıq və vətəndaş rahatlığının təmin edilməsi məqsədilə bütün proseslər tam avtomatlaşdırılıb. Müraciətlər Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzərindən həyata keçirilir.Görüşdə ətraflı müzakirələr aparılıb, ekspertlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu