ABŞ fond bazarlarında həftənin ikinci ticarət gününə enişlə start verib

ABŞ fond bazarlarında həftənin ikinci ticarət gününə enişlə start verilib.

GDP Media xəbər verir ki,innvestorlar Yaxın Şərqdə davam edən geosiyasi gərginliyin qlobal iqtisadiyyata və enerji bazarlarına mümkün təsirlərini qiymətləndirməyə davam edirlər. Regionda qeyri-sabitliyin davam etməsi neft qiymətlərinin yüksək qalmasına səbəb olur ki, bu da bazarlarda inflyasiya risklərini artırır.

Ticarətin ilk saatlarında Dow Jones, S&P 500 və Nasdaq Composite indekslərində geriləmə qeydə alınıb.Dow Jones indeksində ən çox dəyər itirən şirkətlər arasında 3M, Amazon və Sherwin-Williams yer alıb.Texnologiya sektorunda da satış təzyiqi davam edib.

Xüsusilə yarımkeçirici istehsalçıları arasında ucuzlaşma müşahidə olunub. NVIDIA səhmləri 0,4%, Seagate Technology 3%, Western Digital isə 2,5% geriləyib. Bakı vaxtı ilə saat 16:55-ə olan göstəricilərə əsasən, Dow Jones indeksi 0,31% azalaraq 49 533,01 bəndə düşüb. S&P 500 0,32% geriləyərək 7 379,29 bənd, Nasdaq Composite isə 0,41% enərək 25 983,37 bənd təşkil edib.

Analitiklər qeyd edirlər ki, enerji qiymətlərindəki artım və geosiyasi risklər qlobal bazarlarda volatilliyi artırmağa davam edir.

  • Əlaqədar Yazılar

    Bakı Fond Birjasının ticarət dövriyyəsi 43%-ə yaxın azalıb
    • İyun 3, 2026

    2026-cı ilin yanvar-may aylarında Bakı Fond Birjasında (BFB) ümumi ticarət dövriyyəsi 19 milyard 424 milyon 950 min manat təşkil edib….

    Davamı oxu
    İsi Mustafayev:“PAŞA Kapital”ın gəlirləri 9,9 milyon manata yüksəlib
    • İyun 3, 2026

    “PAŞA Kapital” 2025-ci ili gəlir və mənfəət artımı ilə başa vurub. Şirkətin gəlirləri illik müqayisədə 18% artaraq 8,4 milyon manatdan…

    Davamı oxu