ABŞ Senatı Kevin Uorşun Federal Ehtiyat Sisteminin (Fed) sədri vəzifəsinə namizədliyini təsdiqləyib.
GDP Media xəbər verir ki, Uorş bu postda Cerom Pauellu əvəz edəcək.
Daha sərt monetar siyasətin tərəfdarı kimi tanınan Uorş, həddindən artıq yumşalmanın sərt tənqidçisidir. Onun təyinatı Fed-in prioritetlərində inflyasiya ilə mübarizəyə doğru ciddi dəyişikliyi göstərir – bu, hətta iqtisadi artımın ləngiməsi bahasına olsa belə.
Ekspertlərin fikrincə, bu addım bazarlarda gözləniləndən daha uzun müddət yüksək faiz dərəcələrinin saxlanmasına və riskli aktivlərdə dəyişkənliyin artmasına səbəb ola bilər.


