Avropa Bankı: Ölkələr binaları “ağıllı yolla” tikməli, bununla enerji xərclərini azaltmalıdır

Ölkələr binaları “ağıllı yolla” tikməli və bununla enerji xərclərini azaltmalıdır.

“GDP Media”xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Dayanıqlı İnfrastruktur Qrupunun Enerji Effektivliyi üzrə baş mütəxəssisi Bojan Boqdanovic Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) təşkil olunmuş “Dekarbonizasiya olunmuş, davamlı və yerli mənbəli evlərin çatdırılması” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, binaları “ağıllı yollar”la tikmək, əlçatan mənzili təmin etmək, enerji istehlakını və eləcə də enerji xərclərini azaltmaq lazımdır: “Bununla şəhərlərimizin böhranlara qarşı dözümlü şəkildə inkişafına kömək edəcəyik. Bu gün iqlim dəyişikliyini, resurs istifadəsini artırmadan və hər hansı bir bərabərsizlik yaratmadan, geniş miqyasda əlçatan mənzillərin inşası üçün praktiki həll yollarına diqqət mühüm əhəmiyyət kəsb edir. EBRD-nin devizi”Biz həyatları dəyişdirmək üçün investisiya edirik” şəklindədir. Bu o deməkdir ki, biz yaxşı ideyalardan çıxış edərək geniş miqyasda təkrarlana bilən, investisiya üçün cəlbedici layihələr həyata keçirmək istəyirik”.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu