Azərbaycan bank sektorunun aktivləri 57,3 milyard manatı ötüb
“GDP Media”Azərbaycan Mərkəzi Bankı-na istinadən xəbər verir ki, fəaliyyət göstərən bankların cəmi aktivləri 57 milyard 355,8 milyon manat təşkil edib.
Məlumata görə, bank sektorunun cəmi öhdəlikləri 49 milyard 695,5 milyon manat, balans kapitalı isə 7 milyard 660,3 milyon manat olub.


