“Bir” ekosistemin rəhbəri Fərid Hüseynov: “Texnologiyanı İçərişəhərin xidmətinə veririk”

“Bir” ekosisteminin Baş icraçı direktoru Fərid Hüseynov bildirib ki, ekosistemin əsas məqsədi texnologiyanı insanların gündəlik həyatına daha yaxın və faydalı etməkdir.

GDP Media xəbər verir ki, onun sözlərinə görə, bu yanaşma çərçivəsində artıq İçərişəhərdə yeni rəqəmsal transformasiya layihəsinə start verilib.

Baş icraçı direktor qeyd edib ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə qurulan tərəfdaşlıq yalnız rəqəmsal layihə deyil, həm də qədim mədəni irslə müasir texnologiyalar arasında yaradılan innovativ körpüdür.

Fərid Hüseynov vurğulayıb ki, layihənin əsas məqsədi İçərişəhərin unikal atmosferini qorumaqla yanaşı, rəqəmsal həllər və süni intellekt texnologiyalarından istifadə etməklə sakinlər, yerli sahibkarlar və turistlər üçün daha rahat və çevik şəhər təcrübəsi formalaşdırmaqdır.

Onun sözlərinə görə, təşəbbüs çərçivəsində tarixi irsin qorunması prioritet olaraq saxlanılacaq və eyni zamanda bu dəyərlərin daha geniş auditoriya üçün əlçatanlığı artırılacaq.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu