“Bir” ekosistemi 5 milyondan çox istifadəçinin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib“Bir” ekosisteminin rəhbəri Fərid Hüseynov sosial şəbəkə hesabında paylaşdığı açıqlamada platformanın artıq sadəcə ödəniş, fintech və e-ticarət xidməti olmadığını bildirib.
GDP Media xəbər verir ki, onun sözlərinə görə, “Bir” milyonlarla insanın gündəlik həyatını asanlaşdıran rəqəmsal ekosistemə çevrilib.
Fərid Hüseynov qeyd edib ki, “Milyonlar üçün Bir” şüarı ilə başladıqları yolda əsas məqsəd mövcud ekosistemi dəyişmək deyil, insanların həyatını daha rahat, sürətli və əlçatan etmək olub.
O bildirib ki, bu gün “Bir” ekosistemi 5 milyondan çox insanın etimadını qazanaraq onların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Hüseynov bu etimadı böyük məsuliyyət kimi qiymətləndirib.Paylaşımda tərəfdaşlarla əməkdaşlığın xüsusi rol oynadığı da vurğulanıb. Şirkət rəhbəri bunu “coopetition” – yəni rəqabət və tərəfdaşlığın paralel inkişafı kimi xarakterizə edib.
Onun fikrincə, bu yanaşma ölkə və insanlar üçün daha dayanıqlı dəyər yaradır.Fərid Hüseynov həmçinin “Bir” komandasına və tərəfdaşlarına təşəkkürünü ifadə edərək, gələcəyə birlikdə inandıqlarını bildirib.


