“PAŞA Bank”ın cəmi aktivləri 2024-cü il ərzində 14% artaraq 9 milyard 844 milyon manata çatıb.
“GDP Media” xəbər verir ki, nankın İdarə Heyətinin sədri Cavid Quliyev bunu “PAŞA Bank”ın illik maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, aktivlərin artımının əsas səbəbləri müştərilərdən cəlb olunan vəsaitlərin və bankın qiymətli kağızlar portfelinin genişlənməsi olub.
C.Quliyev qeyd edib ki, bankın ümumi gəlirlərində də sabit artım müşahidə edilib.Belə ki, faiz gəlirləri illik müqayisədə 13%, qeyri-faiz və ya komissiya gəlirləri isə 9% artıb.
İdarə Heyətinin sədri əlavə edib ki, müştərilərə verilən ümumi kredit portfeli də ötən il ərzində 5% artaraq 3 milyard 883 milyon manata yüksəlib.“Bu kreditlərin əksər hissəsi biznes kreditlərindən ibarətdir. Yəni böyük, orta və kiçik şirkətlərə verilən kreditlər üstünlük təşkil edib”, – deyə o vurğulayıb.


