Cavid Quliyev: “PAŞA Bankın korporativ bankçılıqda bazar payı 19,3% təşkil edib”

PAŞA Bankın İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Cavid Quliyev bildirib ki, 2025-ci il ərzində bankın kredit portfelində ən yüksək artım tempi nəqliyyat sektorunda qeydə alınıb.

“GDP Media” xəbər verir ki, o, bu barədə bankın 2025-ci ilin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında açıqlama verib.

Cavid Quliyev qeyd edib ki, bankın korporativ bankçılıq seqmentində – böyük, orta və kiçik sahibkarlıq subyektləri üzrə bazar payı 19,3% təşkil edib və son bir neçə il ərzində sabit olaraq 19-20% intervalında qorunub saxlanılıb.

Onun sözlərinə görə, ötən il kredit portfelində ən böyük artım nəqliyyat sektorunda müşahidə olunub və bu istiqamətdə artım tempi 122%-i ötüb. Bank rəhbəri bunu Azərbaycanın Çin və Avropa arasında strateji tranzit mövqeyinin güclənməsi, eləcə də ölkə rəhbərliyi tərəfindən həyata keçirilən təşviqedici təşəbbüslərlə əlaqələndirib. O bildirib ki, bu sahədə bankın müştəriləri tərəfindən ciddi maraq və yüksək maliyyələşmə tələbi qeydə alınıb.

Kənd təsərrüfatı sektoru da bankın kredit portfelində diqqətçəkən artım nümayiş etdirib. Bu sahədə artım tempi təxminən 25% olub. Cavid Quliyev vurğulayıb ki, meyvəçilik, tərəvəzçilik və fındıqçılıq kimi istiqamətlər üzrə həm daxili bazar, həm də ixrac əməliyyatları ilə bağlı kredit tələblərində əhəmiyyətli yüksəliş müşahidə edilib.

Bank rəhbəri əlavə edib ki, qeyri-istehsal və xidmət sektorunda da müsbət dinamika davam edib və bu istiqamətdə kredit portfeli 5,4% artıb.

Cavid Quliyev həmçinin kiçik və orta sahibkarlıq (KOS) seqmentinin bank üçün strateji əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, bazarda KOS kredit portfelinin orta artım tempi təxminən 18% olduğu halda, PAŞA Bankda bu göstərici 21,4% təşkil edib. O bildirib ki, KOS seqmenti ötən il bankın kredit portfelində ən yüksək artım tempi nümayiş etdirən istiqamət olub və bu sahə 2026-cı il strateji dövrü üçün də prioritet olaraq qalır.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu