Çinin ABŞ dövlət istiqrazlarına (Treasuries) yatırımları 2008-ci ildən bəri ən aşağı səviyyəyə enib.

Çinin ABŞ dövlət istiqrazlarına (Treasuries) yatırımları aşağı səviyyəyə enib.

GDP Media xəbər verir ki, Çinin ABŞ dövlət istiqrazlarına (Treasuries) yatırımları 2008-ci ildən bəri ən aşağı səviyyəyə enib.

Bloomberg və ABŞ Maliyyə Nazirliyinin məlumatlarına əsasən, Çin son illərdə ABŞ dövlət istiqrazlarındakı payını ardıcıl şəkildə azaldır. Qrafik göstərir ki, 2013–2014-cü illərdə Çin təxminən 1,3 trilyon dollar həcmində ABŞ istiqrazına sahib olduğu halda, hazırda bu göstərici 600 milyard dollara yaxınlaşıb.

Xüsusilə 2022-ci ildən sonra azalma daha sürətlənib. Analitiklər bunu Çin və ABŞ arasında artan geosiyasi gərginlik, ehtiyatların diversifikasiyası siyasəti və Pekinin dollar asılılığını azaltmaq cəhdləri ilə əlaqələndirirlər.

Mütəxəssislərin fikrincə, Çin ehtiyatlarının bir hissəsini qızıl, alternativ valyutalar və digər aktivlərə yönəltməklə maliyyə risklərini azaltmağa çalışır.

Məlumata əsasən, investor kapitalı daha çox ABŞ bazarına yönəlir. Analitiklər bunu ABŞ iqtisadiyyatının enerji baxımından daha dayanıqlı görünməsi və investorlar üçün daha cəlbedici hesab olunması ilə əlaqələndirirlər.

Çin səhmlərinə yatırım edən fondlardan vəsait axını ilin əvvəlindən demək olar ki, fasiləsiz davam edir. Bu müddətdə fondların ümumi itkisi 185 milyard dollara çatıb.

Nəticədə onların aktivləri təxminən 950 milyard dollardan 810 milyard dollara qədər azalıb.Bununla yanaşı, ABŞ səhmlərinə yatırım edən fondlar ötən həftə ərzində təxminən 22 milyard dollar vəsait cəlb edib.

Bu, mart ayının ortalarından bəri ən yüksək həcm hesab olunur.Bazarda müşahidə olunan kapital axınının əsas səbəbləri sırasında Yaxın Şərqdəki geosiyasi risklər, enerji qiymətlərində mümkün artım və bunun Çin iqtisadiyyatına təsiri ilə bağlı narahatlıqlar göstərilir.

Çin dünyanın ən böyük enerji idxalçılarından biri olduğu üçün bu risklər investorların davranışına təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir.

  • Əlaqədar Yazılar

    Brent 76,6 dollara qədər bahalaşıb
    • İyul 10, 2026

    Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Brent…

    Davamı oxu
    “Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
    • İyun 23, 2026

    Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol London İqlim Həftəsi çərçivəsində medianın suallarını cavablandırıb. məlumatına görə, Birol bildirib ki, müharibənin davam…

    Davamı oxu