FED-ə Kevin Uorşun rəhbərliyi S&P 500 üçün təhlükə siqnalı ilə bazarlarda qeyri-müəyyənliyi dərinləşdirib

ABŞ Federal Ehtiyat Sisteminə (FED) Kevin Warshın rəhbər təyin olunması maliyyə bazarlarında yeni risk müzakirələrini gündəmə gətirib. Tarixi statistikaya əsasən, FED sədrinin dəyişməsindən sonra S&P 500 indeksində orta hesabla 12%-lik korreksiya müşahidə olunur.

“GDP Media” nın məlumatına görə, analitiklər bildirirlər ki, investorlar hazırda bazarın bu tarixi tendensiyanı yenidən təkrarlayıb-təkrarlamayacağını izləyirlər.

Bununla yanaşı, UBS investisiya bankı S&P 500 üzrə proqnozunu yüksəldərək ilin sonu üçün 7 900, 2027-ci ilin yayı üçün isə 8 200 bənd hədəfi açıqlayıb.

Kriptovalyuta bazarında da diqqətçəkən hadisələr yaşanır. Amerikalı milyarder Mark Cuban bitkoini qoruyucu aktiv kimi effektiv hesab etmədiyini bildirərək portfelinin böyük hissəsini satıb.

Trump Media & Technology Group şirkəti isə 87–118 min dollar aralığında aldığı 2 650 BTC-ni satdıqdan sonra təxminən 455 milyon dollar zərər açıqlayıb.

Eyni zamanda, hedc-fondların son 10 ilin rekord həcmində qısa mövqelər açdığı bildirilir. Ekspertlər bunun bazarda “short squeeze” riskini artırdığını qeyd edirlər.

Araşdırmalara görə, dövriyyədə olan bitkoinlərin təxminən 30%-i və ya 6,04 milyon BTC gələcəkdə kvant texnologiyalarına əsaslanan kiberhücumlar üçün potensial risk daşıyır.

Digər tərəfdən, proqnoz bazarı platforması Polymarket Hindistanda bloklanıb. Analitiklər oxşar təzyiqlərin Kalshi platformasına da yönələ biləcəyini bildirirlər.

Kripto sektorunda diqqət çəkən başqa bir hadisədə isə Verus körpüsünü sındıran haker elan edilən mükafat proqramından sonra 8,5 milyon dolları geri qaytarıb.

  • Əlaqədar Yazılar

    TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
    • İyun 19, 2026

    TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan…

    Davamı oxu
    İsrafil Məmmədov: “ARDNF-nin İtaliyaya investisiya qoyuluşu 3 milyard dollardır”
    • İyun 19, 2026

    Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İtaliyadakı investisiyalarının ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir. “GDP Media” ARDNF-ə…

    Davamı oxu