Gürcüstan larisinin rəqəmsal variantı – “GELT” steyblkoini istifadəyə veriləcək

“Tether” şirkəti Gürcüstan hökumətinin dəstəyi ilə ölkənin milli valyutası olan lariyə bağlı yeni steyblkoin buraxmağa hazırlaşır.

“GDP Media”xəbər verir ki, “GELT” adlandırılacaq tokenin Gürcüstan larisinin rəqəmsal variantı olacağı bildirilib.Şirkətin açıqlamasına görə, layihənin əsas məqsədi sərhədlərarası ödənişlərin sadələşdirilməsi, rəqəmsal maliyyə xidmətlərinin inkişafı və fintech sektorunun genişləndirilməsidir. Tokenin texniki xüsusiyyətləri və bazara çıxarılması ilə bağlı əlavə məlumatların yaxın vaxtlarda açıqlanacağı qeyd olunub.

Məlumata əsasən, layihə Gürcüstan hökumətinin dəstəyi ilə həyata keçirilir. Ölkə rəhbərliyi və Mərkəzi Bank nümayəndələri maliyyə innovasiyalarının və rəqəmsal aktiv ekosisteminin inkişafını dəstəklədiklərini bildiriblər.“Tether” şirkəti qeyd edib ki, Gürcüstanın steyblkoinlərlə bağlı formalaşdırdığı hüquqi çərçivə ölkəni rəqəmsal aktiv bazarı üçün cəlbedici mərkəzlərdən birinə çevirib.

Şirkət hesab edir ki, yeni layihə regionda kriptovalyuta və rəqəmsal ödəniş infrastrukturunun inkişafına təkan verəcək.Qeyd edək ki, steyblkoinlər fiat valyutalara bağlı rəqəmsal aktivlərdir və əsasən kriptovalyuta ticarəti ilə yanaşı beynəlxalq ödəniş sistemlərində də istifadə olunur.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu