İran ətrafında artan hərbi gərginlik beynəlxalq neft ticarətində Çin yuanından istifadənin sürətlənməsinə səbəb olub.
“GDP Media” xəbər verir ki, Çinin beynəlxalq ödəniş sistemi olan CIPS-ə tələbat da kəskin artıb.
Məlumata görə, Çin banklararası sərhədlərarası ödəniş sistemi CIPS vasitəsilə həyata keçirilən gündəlik orta əməliyyat həcmi mart ayında rekord həddə çataraq 920,5 milyard yuan və ya 135,7 milyard dollar təşkil edib.
Aprelin əvvəlində isə göstərici qısa müddət ərzində daha da yüksələrək gündəlik 1,22 trilyon yuana çatıb.


