Kapital Bank-da yeni təyinat: Məmməd Həsənov departament direktoru oldu

Kapital Bank-da Maliyyə Risklərinin İdarəedilməsi Departamentinin direktoru vəzifəsinə Məmməd Həsənov təyin olunub.

“GDP Media” xəbər verir ki, bu barədə Məmməd Həsənov sosial şəbəkə paylaşımında məlumat verib. O bildirib ki, bu vəzifəyə təyin olunması onun üçün yeni mərhələ, böyük məsuliyyət və qürurverici çağırışdır.

Həsənov qeyd edib ki, göstərilən etimadı doğruldaraq bankın dayanıqlı inkişafına, sağlam qərarvermə prosesinə və uzunmüddətli strateji hədəflərinə daha böyük töhfə verməyə çalışacaq. O, həmçinin peşəkar komandanı, qarşılıqlı etimadı və ortaq məqsədləri bu yolda əsas üstünlüklər kimi dəyərləndirib.

Məlumatına görə, Məmməd Həsənov 2023-cü ilin oktyabr ayından Kapital Bank-da çalışır. O, əvvəlcə Provisioning and Stress Testing Squad üzrə Product Owner kimi fəaliyyət göstərib, daha sonra 2025-ci ilin sentyabrından 2026-cı ilin aprel ayınadək Maliyyə Risklərinin İdarəedilməsi Departamentinin direktor müavini olub. 2026-cı ilin may ayından isə departament direktoru vəzifəsinə yüksəlib.

Onun əvvəlki iş təcrübəsinə “PASHA Holding” MMC-də risk analitiki, Azərbaycan Respublikasının Mərkəzi Bankında Maliyyə Sabitliyinin Təhlili və Modelləşdirilməsi bölməsində iqtisadçı və kiçik iqtisadçı vəzifələri daxildir. O, həmçinin ADA Universitetində riyazi statistika üzrə tədris assistenti kimi çalışıb.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu