ABŞ Federal Ehtiyat Sisteminin (FED) yeni rəhbəri Kevin Uorş mayın 22-də Ağ Evdə and içəcək.
“GDP Media” xəbər verir ki, and içirmə mərasimini ölkə prezidenti Donald Tramp keçirəcək. Bu addım son onilliklər ərzində formalaşmış ənənələrin pozulması kimi qiymətləndirilir: bundan əvvəl belə mərasimlər FED-in binasında və prezidentin iştirakı olmadan baş tuturdu.
Analitiklərin fikrincə, mərasim formatının dəyişdirilməsi simvolik xarakter daşıyır və Donald Trampın FRS rəhbərliyinin dəyişməsində şəxsi marağını açıq şəkildə nümayiş etdirir.
Gözlənilir ki, Kevin Uorş ilk çıxışlarında ehtiyatlı mövqe sərgiləyəcək. Ona sübut etmək lazım olacaq ki, rəhbərlik dəyişikliyi tənzimləyicinin müstəqilliyinin itirilməsi demək deyil. Mütəxəssislər qeyd edir ki, Uorş xarici görünüşdə Trampa sadiq olsa da, öz baxışlarına görə daha çox “şahinlər” qrupuna aiddir.


