Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Asiya İnkişaf Bankının (AİB) Sektorlar üzrə 3-cü departamentinin baş direktoru Kristin Enqstromun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
GDP Media xəbər verir ki,görüş çərçivəsində Mərkəzi Bank və AİB arasında mövcud əməkdaşlığın cari vəziyyəti, maliyyə sektorunda həyata keçirilən islahatlar, yaşıl maliyyələşmə, eləcə də maliyyə sektorunun inkişafını dəstəkləyən birgə təşəbbüslər müzakirə olunub.
Həmçinin tərəflər arasında əlaqələrin inkişafı və texniki yardım imkanları ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.



