Maliyyə Nazirliyi illik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir

26 may 2026-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Uzunmüddətli İstiqrazları (DUİ) üzrə hərrac keçiriləcəkdir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.

“GDP Media” xəbər verir ki, istiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növü: Kuponlu, uzunmüddətli, dövlət istiqrazları Qiymətli kağızın ISIN kodu: AZ0301250012Buraxılış həcmi: 200 000 000 manat

Qiymətli kağızın miqdarı: 2 000 000 ədəd

Nominal dəyəri: 100 manatİstiqrazların tədavül müddəti: 3600 gün

Kupon ödənişləri: 2026-cı il 26 noyabr, 2027-ci il 26 may, 2027-ci il 26 noyabr, 2028-ci il 26 may, 2028-ci il 26 noyabr, 2029-cu il 26 may, 2029-cu il 26 noyabr, 2030-cu il 26 may, 2030-cu il 26 noyabr, 2031-ci il 26 may, 2031-ci il 26 noyabr, 2032-ci il 26 may, 2032-ci il 26 noyabr, 2033-cü il 26 may, 2033-cü il 26 noyabr, 2034-cü il 26 may, 2034-cü il 26 noyabr, 2035-ci il 26 may, 2035-ci il 26 noyabr, 2036-cı il 26 may

Kupon dərəcəsi: 7.0%Ödəmə tarixi 26.05.2036

Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSCHərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

  • Əlaqədar Yazılar

    Brent 76,6 dollara qədər bahalaşıb
    • İyul 10, 2026

    Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Brent…

    Davamı oxu
    “Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
    • İyun 23, 2026

    Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol London İqlim Həftəsi çərçivəsində medianın suallarını cavablandırıb. məlumatına görə, Birol bildirib ki, müharibənin davam…

    Davamı oxu