Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktorları Vüqar Əhmədov və Elrad Seydiyev “Deutsche Bundesbank”ın Türkiyə üzrə ölkə rəhbəri Orhan Özalpın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

“GDP Media” bu barədə AMB-yə istinadən xəbər verir.Görüş çərçivəsində ölkədəki makroiqtisadi vəziyyət, pul siyasətinin ötürücülüyü, maliyyə sabitliyi sahəsində aparılan islahatlar və qarşıdakı dövr üzrə strateji hədəflər müzakirə olunub.

Görüşdə həmçinin Mərkəzi Bank ilə “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu