“Naxçıvanbank”ın ləğvindən sonra yanan BOKT-un da lisenziyası ləğv edilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı mövcud qanunvericilik, eləcə də “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində bank olmayan kredit təşkilatlarına nəzarətlə bağlı zəruri tədbirlərini davam etdirir.

GDP Media xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığ press-relizdə bildirilir.

Qeyd edilib ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 25.1.1-ci maddəsinə müvafiq olaraq, “E-Kredit Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 13.05.2026-cı il tarixli Qərarı ilə “E-Kredit Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 24.07.2024-cü il tarixli, BKT-48 nömrəli müvafiq lisenziyası təşkilatın könüllü müraciəti əsasında ləğv edilib.

Qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.

Qeyd edək ki, “E-Kredit Bank olmayan kredit təşkilatı” MMC “Naxçıvanbank” ASC-nin BOKT-a çevrilməsi çərçivəsində yaradılmışdır. 

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2024-cü il 24 iyul tarixli Qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq “Naxçıvanbank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilmiş, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 11-ci maddələrinə əsasən “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə (BOKT) kreditlərin verilməsi üçün lisenziya verilmişdi.

  • Əlaqədar Yazılar

    TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
    • İyun 19, 2026

    TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan…

    Davamı oxu
    İsrafil Məmmədov: “ARDNF-nin İtaliyaya investisiya qoyuluşu 3 milyard dollardır”
    • İyun 19, 2026

    Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İtaliyadakı investisiyalarının ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir. “GDP Media” ARDNF-ə…

    Davamı oxu