Polymarket istifadəçisi hərbi mərclərdən 2,4 milyon dollar qazanıb

Polymarket platformasının naməlum istifadəçisi ABŞ hərbi qüvvələrinin fəaliyyəti ilə bağlı mərclərdən 2,4 milyon dollardan çox qazanc əldə edib.

GDP Media xəbər verir ki, bu barədə CBS Bubblemaps şirkətinin araşdırmasına istinadən məlumat yayıb.Şirkət ekspertlərinin fikrincə, yüksək gəlirlilik ehtimal olunan daxili və ya xidməti məlumatlardan istifadə nəticəsində əldə olunub.

Belə ki, istifadəçi 80-dən çox mərcdə təxminən 98% uğur göstəricisinə nail olub, halbuki ilkin ehtimallar xeyli aşağı qiymətləndirilirdi.Polymarket bildirib ki, platformada şübhəli fəaliyyət aşkarlanarsa, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilir.

Məlumatda qeyd olunur ki, ABŞ qanunvericiliyinə əsasən hərbi əməliyyatlarla bağlı hadisələrə mərclər qadağandır. Lakin istifadəçilər VPN xidmətlərindən istifadə etməklə bu məhdudiyyətləri asanlıqla keçə bilirlər.

  • Əlaqədar Yazılar

    Bakı Fond Birjasının ticarət dövriyyəsi 43%-ə yaxın azalıb
    • İyun 3, 2026

    2026-cı ilin yanvar-may aylarında Bakı Fond Birjasında (BFB) ümumi ticarət dövriyyəsi 19 milyard 424 milyon 950 min manat təşkil edib….

    Davamı oxu
    İsi Mustafayev:“PAŞA Kapital”ın gəlirləri 9,9 milyon manata yüksəlib
    • İyun 3, 2026

    “PAŞA Kapital” 2025-ci ili gəlir və mənfəət artımı ilə başa vurub. Şirkətin gəlirləri illik müqayisədə 18% artaraq 8,4 milyon manatdan…

    Davamı oxu