S&P 500 tarixində ilk dəfə 7,500 səviyyəsini keçdi

Yeni rekord göstərici fonunda ABŞ fond bazarı son 7 həftə ərzində ümumi bazar kapitallaşmasına 10,9 trilyon dollar əlavə edib.

Analitiklərin fikrincə, əsas hərəkətverici qüvvə Pekindən gələn geosiyasi siqnal olub. Keçmiş prezident Donald Trampın açıqlamasına görə, Çin Xalq Respublikasının sədri İrana hərbi yardım göstərməyəcəyinə söz verib və Hörmüz boğazı məsələsində vasitəçilik edə bilər. Artıq İranın Çin gəmilərini buraxmağa başladığı bildirilir.

Bazarlar gərginliyin azalmasını müsbət qarşılayıb. ABŞ-ın Çinə H200 çiplərinin satışına icazə verməsindən sonra Nvidia səhmləri rekord yeniləyib. Bununla yanaşı, Pekin 200 Boeing təyyarəsi almağa söz verib.

ABŞ Senatı Kevin Uorşu FED-in sədri təyin edib. Onun sabah vəzifəsinə başlayacağı gözlənilir.

Kriptovalyuta bazarında isə Kraken, kroşeyn transferləri üçün LayerZero-dan Chainlink-ə keçdiyini açıqlayıb. Forward Industries isə SOL xəzinəsi üzrə 1 milyard dollar dəyərində reallaşmamış zərər qeydə alıb. Consensys IPO-nu payıza qədər təxirə salıb

  • Əlaqədar Yazılar

    Brent 76,6 dollara qədər bahalaşıb
    • İyul 10, 2026

    Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Brent…

    Davamı oxu
    “Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
    • İyun 23, 2026

    Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol London İqlim Həftəsi çərçivəsində medianın suallarını cavablandırıb. məlumatına görə, Birol bildirib ki, müharibənin davam…

    Davamı oxu