SpaceX-in dəyəri 2 trilyon dolları keçə bilər – nəhəng IPO gözlənilir

İlon Maskın kosmik şirkəti SpaceX ikinci dərəcəli səhm ticarətlərində getdikcə 2 trilyon ABŞ dolları həddinə yaxınlaşan qiymətləndirmə ilə dəyərləndirilir.

GDP Media xəbər verir ki, bu, şirkətin potensial ilkin kütləvi təklifini (IPO) onilliyin ən böyük birjaya çıxışlarından birinə çevirə bilər.

Məlumata görə, hələ də açıq listinqə çıxmamış ən böyük özəl şirkət olaraq qalan SpaceX-in mümkün bazar kapitallaşması hazırda Alphabet (Google-ın ana şirkəti) və Saudi Aramco kimi nəhənglərin səviyyəsi ilə müqayisə olunur. Analitiklər bunun birja bazarları üçün tarixi bir hadisə olacağını qeyd edirlər.

Bununla belə, Mask dəfələrlə şirkəti tələm-tələsik birjaya çıxarmaq niyyətində olmadığını bildirib. SpaceC-in IPO üçün dəqiq vaxt çərçivəsi hələ açıqlanmayıb. İnvestorlar və bazar iştirakçıları Maskın potensial addımını yaxından izləməyə davam edir.

  • Əlaqədar Yazılar

    Brent ucuzlaşır, WTI isə bahalaşır
    • May 13, 2026

    Brent və WTI markalı neftin qiymətləri çərşənbə axşamı müxtəlif istiqamətlərdə hərəkət edir. GDP Media xəbər verir ki, Londonun ICE Futures birjasında iyul ayı üçün Brent fyuçersləri Bakı vaxtı ilə saat 18:03-a olan məlumata görə 0,19 dollar (0,18%) ucuzlaşaraq barrel üçün 107,58 ABŞ olları təşkil edir.d Eyni zamanda, Nyu-York Əmtəə Birjasında iyun ayı üzrə WTI nefti fyuçersləri bu vaxta qədər qiymətdə 0,86 dollar (0,84%) artaraq barrel üçün 103,04 ABŞ dolları səviyyəsinə yüksəlib.

    Oxumağa davam edin
    Bazarlarda son vəziyyət: Bitcoin və səhmlər kəskin yüksəlib, neft ucuzlaşıb
    • May 13, 2026

    Bitcoin (BTC/USD) 81.157 ABŞ dolları təşkil edərək 139 faiz artım göstərib. GDP Media xəbər verir ki, ABŞ dolları indeksi 98,32 bəndə yüksəlib, dəyişim 0,02 faiz təşkil edib. Şanxay indeksi 4.218,22 bəndə çataraq 3,73 faiz, Hanq Senq fyüçersləri 26.337 bəndə qalxaraq 67 faiz, Nikkei 225 fyüçersləri 63.242,5 bəndə yüksələrək 727,5 faiz artıb. Avro Stoxx 50 fyüçersləri 5.847 bənd (+46 faiz), S&P 500 fyüçersləri isə 7.435,50 bənd (+9,00 faiz) qiymətləndirilir. Brent nefti 106,59 dollar/barel olub – 1,18 faiz ucuzlaşıb. Təbii qazın qiyməti 2.819 vahidində qərarlaşıb, dəyişim mənfi 0,016 faizdir. ABŞ 10 illik dövlət istiqrazı fyüçersləri 110,06 bənd (+0,03 faiz) təşkil edir. Qiymətli metallardan qızıl 4.708,30 dollar/unsiya (+21,60 faiz), gümüş 87.500 vahidində (+1,909 faiz) satılır. Mis 66.453 (+0,0105 faiz), nikel 19.066,00 dollar (+156,75 faiz), alüminium 3.575,20 (–3,25 faiz) təşkil edir. Qlobal Uran göstəricisi isə 5.435 olub – 2,88 faiz azalıb.

    Oxumağa davam edin