Yelo Bank rəhbərinin müavini Günay Cəlilova: “Qadın sahibkarları gücləndirən hər bir addım, əslində, cəmiyyətimizin və şəhərlərimizin gələcəyinə investisiyadır”

Bank ötən gün Azərbaycanın müxtəlif bölgələrindən olan qadın sahibkarların yaradıcı enerjisi və ilhamverici hekayələri üçün canlı görüş məkanına çevrilib.

GDP Media xəbər verir ki, Yelo Bank-ın Baş İcraçı Direktorunun müavini, MBA, AmCham Bank, Maliyyə və Sığorta Komitəsinin sədri Günay Cəlilova rəsmi sosial şəbəkə hesabında bu barədə məlumat yayımlayaraq bildirib ki, Resource HUB ilə əməkdaşlıq çərçivəsində, Baku Urban Week və qlobal WUF13 Azerbaijan ərəfəsində “İnklüziv şəhərlərin hərəkətverici qüvvəsi kimi qadınlar” adlı tədbir keçirilib.

Tədbir çərçivəsində Yelo Bank-ın Müşahidə Şurasının sədri Marina Kulişova, CEO Anar Həsənov və Azərbaycanda İsrail səfiri cənab Ronen Kraus ilə birlikdə “Qadınların İcma Bazarı” ziyarət olunub. Bölgələrdən olan qadınların əl işi ekoloji məhsullarını nümayiş etdirdiyi bazarda hər bir təşəbbüsün arxasında duran hekayələr dinlənilib.

Günay Cəlilova bildirib ki, qadın sahibkarları gücləndirən hər bir addım cəmiyyətin və şəhərlərin gələcəyinə edilən sərmayədir. O, bu cür tədbirlərin davamlılığının vacibliyini xüsusi vurğulayıb.

“Qadın sahibkarları gücləndirən hər bir addım, əslində, cəmiyyətimizin və şəhərlərimizin gələcəyinə investisiyadır. Yelo Bank olaraq bu missiyada fəal iştirakçı olmaqdan və ilhamverici qadınların yanında durmaqdan dərin qürur duyuruq”, – deyə o əlavə edib.

Müəllif:Aynur Qəniyeva

  • Əlaqədar Yazılar

    Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
    • İyun 19, 2026

    Azərbaycan Respublikasının Mərkəzi Bankı cari ilin iyun ayının 22-dən etibarən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən…

    Davamı oxu
    Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
    • İyun 19, 2026

    17 iyun 2026-cı il tarixində Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) İllik Ümumi Yığıncağında təşkilatın yeni rəhbər heyəti formalaşıb. Səsvermənin…

    Davamı oxu