Yeni FED rəhbəri Uollerin açıqlamalarından sonra qızıl və gümüş ucuzlaşdı

Qiymətli metalların qiyməti cümə günü Federal Reserve System İdarə Heyətinin üzvü Christopher Wallerin faiz dərəcələrinin artırılmasını dəstəkləməyə hazır olduqlarına dair siqnallarından sonra eniş göstərib.
“GDP Media” xəbər ıverir ki, Bakı vaxtı ilə saat 18:47-yə olan məlumata görə, Comex birjasında iyun fyuçersləri üzrə qızılın qiyməti 0,5% azalaraq bir unsiya üçün 4518 dollara düşüb.
Gümüş fyuçersləri 0,8% ucuzlaşaraq 76,12 dollara, platin isə 1,6% enərək 1933 dollara geriləyib.
Uoller bildirib ki, FED-in növbəti addımının faiz endirimi olacağına dair yumşaq siqnallardan imtina edilməsini dəstəkləyir.
O, Frankfurt şəhərində keçirilən tədbirdə çıxışı zamanı deyib: “İnflyasiya istədiyimiz istiqamətdə hərəkət etmir. Son məlumatlara əsasən, pul-kredit siyasəti ilə bağlı bəyanatda daha yumşaq ifadələrdən imtina edərdim ki, gələcəkdə faiz endiriminin artırımdan daha mümkün olmadığı aydın şəkildə göstərilsin.” başlıq varianatları yaz

  • Əlaqədar Yazılar

    İsi Mustafayev:“PAŞA Kapital”ın gəlirləri 9,9 milyon manata yüksəlib
    • İyun 3, 2026

    “PAŞA Kapital” 2025-ci ili gəlir və mənfəət artımı ilə başa vurub. Şirkətin gəlirləri illik müqayisədə 18% artaraq 8,4 milyon manatdan 9,9 milyon manata yüksəlib. GDP Media xəbər verir ki, bu barədə “PAŞA Kapital”ın Baş İcraçı direktoru İsi Mustafayev mətbuat konfransında məlumat verib. Təqdim olunan maliyyə göstəricilərinə əsasən, şirkətin xalis mənfəəti də artım nümayiş etdirib. Belə ki, 2024-cü ildə 2,2 milyon manat olan xalis mənfəət 2025-ci ildə 2,5 milyon manata çatıb. Bu isə illik müqayisədə 13% artım deməkdir. Şirkətin maliyyə vəziyyətində də müsbət dinamika qeydə alınıb. Aktivlər 64,1 milyon manatdan 64,8 milyon manata yüksəlib, öhdəliklər isə 47,6 milyon manatdan 46,1 milyon manata enib. Kapitalın həcmi isə 16,5 milyon manatdan 18,7 milyon manata çatıb. Mətbuat konfransında bildirilib ki, 2025-ci ildə “PAŞA Kapital”ın xalis mənfəət marjası 25,3%, kapitalın rentabelliyi (ROE) isə 14,5% təşkil edib. Eyni zamanda, şirkətin haqq və komissiya gəlirlərinin strukturunda əsas pay broker xidmətlərinin payına düşüb. Təqdimata əsasən, broker fəaliyyəti ümumi gəlirlərin 69,7%-ni formalaşdırıb.

    davamı
    İsi Mustafayev “PAŞA Kapital”ın Baş icraçı direktoru təyin olundu
    • İyun 3, 2026

    Maliyyə sektorunda uzunmüddətli təcrübəyə malik olan İsi Mustafayev “PASHA Capital İnvestisiya Şirkəti” QSC-nin Baş İcraçı direktoru vəzifəsinə təyin olunub. GDP Media xəbər verir ki, bu barədə məlumat PAŞA Kapitalın mətbuat konfransında məlumat verilib. Qeyd edək ki, İsi Mustafayev bu təyinata qədər müxtəlif maliyyə və bank institutlarında rəhbər vəzifələrdə çalışıb. O, 2023-2026-cı illərdə “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri, 2022-2023-cü illərdə isə qurumun İdarə Heyətinin üzvü olub. Bundan əvvəl 2020-2021-ci illərdə “Rabitəbank” ASC-də, 2016-2020-ci illərdə isə “AG Bank” ASC-də departament direktoru vəzifəsində fəaliyyət göstərib. İsi Mustafayev əmək fəaliyyətinə 2000-ci ildə “Partner Investment” MMC-də iqtisadçı kimi başlayıb. O, 2003-2016-cı illərdə Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışaraq iqtisadçı, baş iqtisadçı, eləcə də Kredit təşkilatlarına nəzarət departamentinin müdiri olub. Maliyyə, bankçılıq və korporativ idarəetmə sahələrində geniş idarəçilik təcrübəsinə malik olan İsi Mustafayevin “PASHA Capital”a rəhbər təyin olunması şirkətin gələcək inkişaf strategiyası baxımından mühüm addım kimi qiymətləndirilir.

    davamı