“CFİ Financial İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına yeni sədr seçilib.
“GDP Media” xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarı ilə Ahmad El Xatib vəzifəyə seçilib.
Ahmad Xatibin maliyyə sektorunda 25 ildən artıq strateji liderlik təcrübəsi ilə ana şirkət olan CFI şirkətində Biznesin İnkişafı üzrə Baş Direktor vəzifəsində çalışır.
Hazırda Müşahidə Şurasında isə iki üzv Malas Karim və Abbas Mazin təmsil edilir.
Xatırladaq ki, “CFI Financial İnvestisiya Şirkəti” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,55 milyon manatdır. Onun əsas səhmdarı dünyanın aparıcı onlayn ticarət brokeri – “CFI Financial Group”dur.


