ABŞ və İran arasında saziş xəbərlərindən sonra neft 4% ucuzlaşdı

ABŞ və İran arasında saziş xəbərlərindən sonra neft 4% ucuzlaşdı.

“GDP Media”xəbər verir ki, Vaşinqton və Tehran arasında ilkin razılığın əldə olunduğu xəbərləri fonunda referans markalı neftin qiymətləri kəskin şəkildə düşüb.

Bazar sanksiya məhdudiyyətlərinin qismən aradan qaldırılması və İran neftinin dünya bazarına qayıtması ehtimalını qiymətləndirir.

İranın əhəmiyyətli dərəcədə istifadə olunmayan hasilat gücü var — müxtəlif hesablamalara görə, gündəlik 1–1,5 milyon barrel. Məhdudiyyətlərin qismən aradan qaldırılması belə tələb və təklif balansını ciddi şəkildə dəyişə bilər.

Xüsusilə Çindən gələn zəif tələb və FED-in faiz dərəcəsi ilə bağlı davam edən qeyri-müəyyənlik şəraitində.

Neft bazarları üçün bu, klassik “fakt üzrə sat” ssenarisidir: son aylar qiymətə daxil edilmiş geosiyasi mükafat azalmağa başlayır. Əgər saziş ratifikasiya olunarsa, barel 70 dolların altına düşə bilər

  • Əlaqədar Yazılar

    Brent 76,6 dollara qədər bahalaşıb
    • İyul 10, 2026

    Neft qiymətləri cümə günü səhər əvvəlki günki enişdən sonra mülayim şəkildə yüksəlir, treyderlər Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər. Brent…

    Davamı oxu
    “Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
    • İyun 23, 2026

    Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol London İqlim Həftəsi çərçivəsində medianın suallarını cavablandırıb. məlumatına görə, Birol bildirib ki, müharibənin davam…

    Davamı oxu