Analitiklər xəbərdarlıq edir: ABŞ fond bazarı 50% çökərsə, Bitcoin 24 000 ABŞ dollarına düşə bilər

Texniki analitik Cessi Olsonun proqnozuna görə, Amerika fond bazarında 50%-dən çox dəyər itkisi baş verərsə, Bitcoin-in qiyməti 24 000 dollar səviyyəsinədək geriləyə bilər.

GDP Media” xəbər verir ki, Olson ən pessimist ssenaridə BTC-nin dəyərini 23 980 dollar olaraq qiymətləndirir.

Analitik qeyd edir ki, bu ssenari institusional tələbin zəifləməsi fonunda xüsusi aktuallıq kəsb edir. May ayının əvvəlindən ABŞ-da spot Bitcoin ETF-lərindən xalis çıxış 4,68 milyard dollar təşkil edib. Coinbase Premium indeksi isə 2026-cı ilin böyük hissəsində mənfi zonada qalmaqdadır ki, bu da Amerika platformalarında BTC-yə marağın azaldığını göstərir.

Ekspertlər bu proqnozu şişirdilmiş hesab etmirlər. Xatırladaq ki, əvvəllər Galaxy Digital şirkətinin nümayəndələri və digər bazar iştirakçıları fond bazarında ciddi böhran yaşanacağı təqdirdə Bitcoin-in 30 000 dolların altına enə biləcəyini bildirmişdilər.

Mütəxəssislər vurğulayırlar ki, S&P 500 indeksi ilə Bitcoin arasında birbaşa korrelyasiya olmasa da, bazar panikası dövrlərində likvidlik bütün riskli aktivlərdən eyni vaxtda çıxmağa meyllidir. Hazırda BTC ətrafında vəziyyət gərgin olaraq qalır. Analitiklər yaxın aylarda həm makroiqtisadi göstəricilərin, həm də tənzimləmə siqnallarının qiymət dinamikasına həlledici təsir göstərəcəyini proqnozlaşdırırlar.

  • Əlaqədar Yazılar

    ABŞ fond bazarı yüksəlir – bazar icmalı
    • İyun 22, 2026

    Bazar ertəsi günü qlobal maliyyə bazarlarında müxtəlif istiqamətli hərəkət müşahidə olunub. Neft qiymətləri kəskin eniş edərkən, ABŞ fond indeksləri ticarətin…

    Davamı oxu
    Brent nefti bareli 77,48 dollara düşüb
    • İyun 22, 2026

    Bazar ertəsi axşam neft qiymətləri enişi sürətləndirib, treyderlər İsveçrədə başa çatan ABŞ-İran danışıqlarının birinci raundunun yekunlarını dəyərləndirirlər. “GDP Media” xəbər…

    Davamı oxu