Avtosığorta haqqının hesablanması qaydaları dəyişir

İyun ayının 21-dən etibarən avtomobillər üçün sığorta haqqının hesablanması qaydaları dəyişir. Yeni tətbiq olunacaq qaydalara görə sığorta haqqı hesablanarkən, sığorta tarixçəsi əmsalı tətbiq olunacaq.

Təkcə avtomobil sahibinin deyil, həm də etibarnaməsi olan digər şəxslərin sığorta tarixçəsi də nəzərə alınacaq.Mərkəzi Bankın müvafiq dəyişikliyinə əsasən, sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq idarə etmək hüququ olan şəxslərin sayı birdən artıq olduqda, həmin şəxslər arasında ən yüksək riskə malik şəxsin sığorta tarixçəsi əmsalı tətbiq olunacaq.

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, nəqliyyat vasitəsinə görə etibarnaməsi olan şəxslərin sayından asılı olaraq, sığorta haqqı ən çox risk əmsalı olan şəxsin əmsalına görə hesablanacaq.

Əvvəllər sürücülər maşını digər şəxslərə etibarnamə ilə verdikdən sonra onların adından avtosığorta etdirərək, yüksək məbləğlə sığorta haqqı ödəməkdən yayına bilirdilər. Lakin tətbiq olunacaq qaydalara əsasən, artıq bu mümkün olmaycaq.

Ekspert həmçinin sığortanın hesablanması qaydasında aparılan bu dəyişikliklərin, gələcəkdə sığorta xidmətinin və davamlılığının inkişafına müsbət təsir edəcəyini qeyd edib.

  • Əlaqədar Yazılar

    “Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
    • İyun 5, 2026

    Son dövrlərdə Kredit Həyat Sığortasına maraq artıb. Bunun əsas səbəblərindən biri insanların kredit götürərkən gələcəkdə yarana biləcək riskləri də nəzərə…

    Davamı oxu
    İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
    • İyun 5, 2026

    “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) beynəlxalq sığorta sektorunda mühüm əhəmiyyət daşıyan Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna (IFIGS –…

    Davamı oxu