Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

12 iyun 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak ediblər.

Toplantıda iqtisadiyyat və bank sektoru ilə bağlı aktual məsələlər müzakirə olunub, maliyyə sektorunun inkişaf trendləri, mövcud çağırışlar və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Türkiyə Bankalar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakar, Bankacılık Düzenleme ve Denetleme Kurumunun sədri Prof. Dr. Şahap Kavcıoğlu, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sədri Dr. Fatih Karahan və Türkiyə Respublikasının xəzinə və maliyyə naziri Mehmet Şimşek çıxış ediblər.

Toplantı çərçivəsində bank sektorunun dayanıqlı inkişafı, iqtisadi proseslərin maliyyə bazarlarına təsiri, tənzimləmə mühiti və sektorun qarşısında duran prioritet məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycan Banklar Assosiasiyası beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və bank sektorunda qarşılıqlı təcrübə mübadiləsinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir.

  • Əlaqədar Yazılar

    Vəfa Rüstəmova Bir ekosisteminin daxili kommunikasiyalarına rəhbərlik edəcək
    • İyun 18, 2026

    Kommunikasiya və korporativ əlaqələr sahəsində uzunillik təcrübəyə malik Vəfa Rüstəmova fəaliyyətini yeni vəzifədə davam etdirir. “GDP Media”xəbər verir ki, o,…

    Davamı oxu
    Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Bakıda yerli valyutalarda maliyyələşməyə çıxış üçün yeni hecinq alətini təqdim edib
    • İyun 18, 2026

    Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Valyuta Mübadiləsi Fondu (TCX) islam maliyyələşdirməsi normalarına uyğun hazırlanmış tədarüksüz hecinq alətinin…

    Davamı oxu