Azərbaycanda qarğıdalı bitkisinin əkin sahələrinin sığortası başlanıb

Azərbaycanda qarğıdalı bitkisinin əkin sahələrinin sığortası başlanıb.

Qarğıdalı təbiət hadisələrinə qarşı həssas bitkidir – xüsusilə dolu, sel-subasma, fırtına, leysan yağışları və üçüncü şəxslərin hərəkətləri kimi hadisələr bu əkinlərə zərər vurur. Aqrar sığorta mexanizmi isə bu vəziyyətdə fermerlərin gəlirlərini qorumağa imkan verir. May ayından qarğıdalı sahələrinin sığortası başlanıb və hazırda davam etməkdədir. Məhsulu vaxtında sığortalamaq onu daha çox riskdən, o cümlədən may ayında baş verən leysan yağışlardan qorumağa imkan verir.Aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödənildiyinə görə, fermerlər qarğıdalı sahələrini olduqca sərfəli şərtlərlə sığortalaya bilərlər. Mil-Muğan bölgəsində qarğıdalının çoxsaylı risklərdən sığortalanması 15 manat, Şirvan-Salyan bölgəsində 17 manat, Şəki-Zaqatala bölgəsində 58 manat, Qazax-Tovuz bölgəsində isə 38 manata başa gələcək.

  • Əlaqədar Yazılar

    Yeni sığorta qaydaları: Kimlərin xərci artacaq, kimlər güzəşt qazanacaq?
    • İyun 16, 2026

    İyunun 16-dan etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarının hesablanması qaydalarında mühüm dəyişikliklər qüvvəyə minib. Yeni…

    Davamı oxu
    Avtosığorta haqqının hesablanması qaydaları dəyişir
    • İyun 9, 2026

    İyun ayının 21-dən etibarən avtomobillər üçün sığorta haqqının hesablanması qaydaları dəyişir. Yeni tətbiq olunacaq qaydalara görə sığorta haqqı hesablanarkən, sığorta…

    Davamı oxu