“Bank of Baku”da növbədənkənar yığıncaq keçiriləcək

“Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

GDP Media” xəbər verir ki, bu barədə bankın Müşahidə Şurasının sədri tərəfindən səhmdarlara ünvanlanan 18 iyun 2026-cı il tarixli bildirişdə qeyd olunub.

Bildirişə əsasən, yığıncaq 19 iyun 2026-cı il tarixində saat 15:00-da “Bank of Baku” ASC-nin Baş İdarəsində keçiriləcək.

Gündəlikdəki məsələlər – Bankın Müşahidə Şurasının üzvlərinin əməyinin ödənilməsi şərtlərinə baxılmasına dair məsələ və Bankın 2026-cı il üzrə ştat cədvəlinin təsdiq edilməsinə dair məsələdir.

Bildiriş “Azpetrol Neft Şirkəti” MMC-yə, Türkiyənin İstanbul şəhərində qeydiyyatda olan “NAB Holding Anonim Şirkəti”nə, həmçinin səhmdarlar Elçin Həmid oğlu İsayevə və Hikmət Əbuzər oğlu İsmayılova ünvanlanıb.

Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması bankın korporativ idarəetməsi baxımından əhəmiyyətli hadisə hesab olunur. Adətən belə yığıncaqlar səhmdarların səlahiyyətinə aid mühüm qərarların müzakirəsi, idarəetmə orqanları ilə bağlı məsələlər, kapital strukturu, strateji qərarlar və ya bankın fəaliyyət istiqamətləri üzrə dəyişikliklərlə əlaqədar keçirilir.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu