Qlobal enerji bazarında diqqətçəkən dəyişiklik baş verib. Birləşmiş Ərəb Əmirlikləri 2026-cı il mayın 1-dən etibarən OPEC-in tərkibindən rəsmi şəkildə çıxıb.
“GDP Media” xəbər verir ki, qərarın arxasında illərdir davam edən hasilat kvotaları ilə bağlı fikir ayrılıqları dayanır. Analitiklər hesab edir ki, BƏƏ-nin təşkilatdan ayrılması OPEC daxilində təsir balansının dəyişdiyini göstərən mühüm siqnaldır.
Son illərdə BƏƏ iqtisadiyyatında müşahidə olunan sürətli artım bu qərarın əsas səbəblərindən biri kimi qiymətləndirilir. Belə ki, 2025-ci ildə ölkənin mal və xidmət ixracı təxminən 738 milyard dollara çatıb.
Bu göstərici OPEC-in aparıcı üzvlərindən olan Səudiyyə Ərəbistanının təxminən 379 milyard dollarlıq ixrac həcmini əhəmiyyətli dərəcədə üstələyib.Son dörd ilin statistikası neft ixrac edən ölkələr arasında iqtisadi güc balansının dəyişdiyini açıq şəkildə nümayiş etdirir.
Ekspertlərə görə, BƏƏ-nin OPEC-dən çıxışı təşkilat daxilində yeni geoiqtisadi transformasiyanın başlanğıcı hesab oluna bilər.


