“Berkshire Hathaway” şirkəti “Alphabet”dəki payını daha 10 milyard dollar artırır

ABŞ-ın məşhur investoru Uorren Baffetin rəhbərlik etdiyi “Berkshire Hathaway” şirkəti “Alphabet”dəki investisiyalarını daha 10 milyard dollar artırıb.

“GDP Media” xəbər verir ki, bununla da holdinqin “Google”un ana şirkətinə yatırdığı ümumi investisiya həcmi on milyardlarla dollara yüksəlib.

Analitiklər hesab edirlər ki, bu addım Uorren Baffetin texnologiya sektoruna inamının davam etdiyini göstərir.Ekspertlərin fikrincə, “Berkshire Hathaway”in qərarı “Google”un rəqəmsal reklam və bulud texnologiyaları bazarında güclü mövqeyə malik olması, həmçinin sabit pul axını yaratması ilə əlaqədardır.

Bazarda bu addım həm də makroiqtisadi qeyri-müəyyənlik şəraitində iri texnologiya şirkətlərinin investorlar üçün etibarlı aktiv olaraq qalmasının göstəricisi kimi qiymətləndirilir.

  • Əlaqədar Yazılar

    S&P 500 ilk dəfə 69 trilyon dollarlıq bazar kapitallaşmasını ötüb
    • İyun 2, 2026

    ABŞ fond bazarının əsas göstəricilərindən biri olan S&P 500 indeksinin ümumi bazar kapitallaşması tarixdə ilk dəfə 69 trilyon dollar həddini keçib. Beləliklə, ABŞ bazarı nominal ifadədə yeni rekord müəyyənləşdirib. GDP Media xəbər verir ki, indeksin kapitallaşmasının artımı əsasən texnologiya sektorundakı iri şirkətlərin səhmlərinin bahalaşması ilə bağlıdır. Xüsusilə “Möhtəşəm yeddilik” adlandırılan texnologiya nəhənglərinin bazardakı dominant mövqeyi indeksin yüksəlişində əsas rol oynayıb. Analitiklərin fikrincə, hazırkı artım bazarda konsentrasiyanın yüksəldiyini göstərir. Belə ki, məhdud sayda böyük şirkət bütün indeksin dinamikasına ciddi təsir edir. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət investorlar üçün həm yeni imkanlar, həm də risklər yaradır. Diversifikasiya və hedcinq strategiyalarından istifadə olunmadıqda, xüsusilə yüksək qiymətləndirilmiş texnologiya sektorunda mümkün korreksiya investisiya portfellərinə ciddi təsir göstərə bilər.

    davamı
    Victoria’s Secret səhmləri bir gündə təxminən 50% bahalaşdı
    • İyun 2, 2026

    Amerikanın məşhur alt geyim brendi Victoria’s Secret-in səhmləri iyunun 2-də keçirilən hərraclarda 49,7% bahalaşıb. Şirkətin bazar dəyərindəki kəskin artım bütün seqmentlər üzrə satışların yüksəlməsi və ənənəvi biznes modelinə qayıdış qərarı ilə əlaqələndirilir. “GDP Media” xəbər verir ki, Victoria’s Secret 2019-cu ildə köhnəlmiş gözəllik standartlarının təbliği və modellərin bədən müxtəlifliyinin yetərincə əks olunmaması ilə bağlı tənqidlər səbəbindən ənənəvi şoularını dayandırmışdı. Lakin son illərdə satış göstəricilərinin zəifləməsi fonunda şirkət əvvəlki konsepsiyaya qayıtmaq qərarı verib. Bu addım investorlar tərəfindən müsbət qarşılanıb və səhmlərin qiymətində ciddi artıma səbəb olub. Analitiklər hesab edirlər ki, Victoria’s Secret-in yenidən ənənəvi şou formatına üstünlük verməsi brendin kommersiya göstəricilərini bərpa etməyə yönəlmiş strateji addımdır.

    davamı