ABŞ-ın məşhur investoru Uorren Baffetin rəhbərlik etdiyi “Berkshire Hathaway” şirkəti “Alphabet”dəki investisiyalarını daha 10 milyard dollar artırıb.
“GDP Media” xəbər verir ki, bununla da holdinqin “Google”un ana şirkətinə yatırdığı ümumi investisiya həcmi on milyardlarla dollara yüksəlib.
Analitiklər hesab edirlər ki, bu addım Uorren Baffetin texnologiya sektoruna inamının davam etdiyini göstərir.Ekspertlərin fikrincə, “Berkshire Hathaway”in qərarı “Google”un rəqəmsal reklam və bulud texnologiyaları bazarında güclü mövqeyə malik olması, həmçinin sabit pul axını yaratması ilə əlaqədardır.
Bazarda bu addım həm də makroiqtisadi qeyri-müəyyənlik şəraitində iri texnologiya şirkətlərinin investorlar üçün etibarlı aktiv olaraq qalmasının göstəricisi kimi qiymətləndirilir.


