Yaxın Şərqdə geosiyasi gərginliyin artacağı ilə bağlı narahatlıqlar dünya enerji bazarlarında neft qiymətlərinin kəskin bahalaşmasına səbəb olub.
“GDP Media” xəbər verir ki, bazar ertəsi axşam saatlarında investorların regiondakı vəziyyətlə bağlı riskləri qiymətləndirməsi fonunda Brent və WTI markalı neft fyuçersləri sürətlə yüksəlib.
Məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neft üzrə avqust fyuçerslərinin qiyməti 6,28 dollar və ya 6,89% artaraq bir barel üçün 97,4 dollara çatıb.
Nyu-York Əmtəə Birjasında (NYMEX) iyul ayı üzrə WTI markalı neft fyuçersləri isə 7,11 dollar və ya 8,14% bahalaşaraq bir barel üçün 94,47 dollar olub.
Analitiklər bildirirlər ki, Yaxın Şərqdə mümkün yeni eskalasiya ehtimalları enerji bazarlarında təklif risklərini artırır və bu da neft qiymətlərinə yüksəliş təzyiqi göstərir.


