Brent neftinin qiyməti 77 dollara qədər ucuzlaşıb

Dünya bazarında Brent markalı neftin qiyməti 77 ABŞ dollarına qədər geriləyərək son günlərdə qeydə alınan artımın böyük hissəsini itirib.

GDP Media” xəbər verir ki, beləliklə, neftin qiyməti ABŞ və İran arasında gərginliyin kəskinləşməsindən əvvəlki səviyyəyə yaxınlaşıb.

Məlumata görə, münaqişədən əvvəl Brent markalı neftin bir bareli təxminən 67 dollara satılırdı. Son günlər Yaxın Şərqdəki hadisələrin, xüsusilə də Hörmüz boğazı ətrafında yaranmış risklərin qiymətlərə təsiri gözlənilsə də, bazarda əks tendensiya müşahidə olunur.

Bundan əvvəl Rusiyanın maliyyə naziri Anton Siluanov bildirmişdi ki, Hörmüz boğazında vəziyyətin gərginləşməsi ölkə büdcəsinə əlavə 1 trilyon rubl gəlir gətirə bilər.

Bununla belə, iqtisadçılar hesab edirlər ki, mövcud büdcə kəsirinin kompensasiya olunması üçün neft qiymətlərinin daha yüksək səviyyədə olması tələb olunur. Ekspertlərin fikrincə, büdcədəki boşluğun tam bağlanması üçün Brent markalı neftin bir barelinin qiyməti təxminən 200 dollara yüksəlməlidir.

Analitiklər neft bazarında qiymətlərin gələcək dinamikasının əsasən Yaxın Şərqdəki geosiyasi proseslərdən və qlobal iqtisadi artım perspektivlərindən asılı olacağını bildirirlər.

  • Əlaqədar Yazılar

    SpaceX, Tether və FED-dən bazarlara təsir edəcək qərarlar
    • İyun 18, 2026

    Qlobal maliyyə, kriptovalyuta və texnologiya bazarlarında diqqətçəkən hadisələr baş verib. “GDP Media” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İrana…

    Davamı oxu
    BlackRock: “Bitkoinin faydalılığı var”
    • İyun 18, 2026

    2025-ci ilin noyabrında dünyanın ən böyük aktiv idarəetmə şirkətlərindən biri olan BlackRock bəyan edib ki, spot Bitkoin ETF-i – IBIT…

    Davamı oxu