Ümumdünya Qızıl Şurasının (ÜQŞ) məlumatlarına görə, qlobal qızıl birja fondları (ETF) may ayı ərzində 2 milyard ABŞ dolları həcmində xalis kapital çıxışı qeydə alıb.
“GDP Media” xəbər verir ki, bu göstərici yüksək faiz dərəcələrinin davam etməsi və ABŞ dollarının möhkəmlənməsi şəraitində institusional investorların qoruyucu aktivlərə marağının azaldığını göstərir.
Analitiklərin fikrincə, qızıl hazırda spekulyativ kapitalın dəstəyini itirir – həmin vəsaitlər daha yüksək gəlir vəd edən alətlərə yönəlir. Bununla belə, mərkəzi banklar tərəfindən fiziki qızıl tələbi bazara ciddi dəstək verməkdə davam edir.
Bazar iştirakçıları növbəti günlərdə açıqlanacaq ABŞ-ın makroiqtisadi statistikası və FED rəsmilərinin faiz dərəcəsi ilə bağlı şərhlərini gözləyirlər. Qızılın sonrakı dinamikası məhz bu amillərdən asılı olacaq.


