Edqar Abdullayev: “Money20/20 Europe yeni tərəfdaşlıqlar və innovativ maliyyə həlləri üçün böyük imkan yaradır”

“Azərbaycan Fintex Assosiasiyası” (“AzFina”) İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev bildirib ki, Money20/20 Europe maliyyə və fintech sahəsində dünyanın ən nüfuzlu və ən böyük beynəlxalq tədbirlərindən biridir. Onun sözlərinə görə, tədbirdə hər il onlarla ölkədən minlərlə nümayəndə, yüzlərlə bank, ödəniş təşkilatı, elektron pul qurumu, fintech şirkəti və investor iştirak edir.

“GDP Media”-nın məlumatına görə, Edqar Abdullayev qeyd edib ki, o, hər il həm United Payment və Moka United nümayəndəsi, həm də Azərbaycan Fintech Assosiasiyasının təmsilçisi qismində bu tədbirdə iştirak edir.

“Bu platformada ölkəmizi və Azərbaycanın maliyyə ekosistemini beynəlxalq auditoriyaya tanıdır, ölkəmizin nüfuzunun və tanınmasının artırılmasına töhfə verirəm”, – deyə o vurğulayıb.

AzFina sədri əlavə edib ki, tədbir çərçivəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması, yeni tərəfdaşlıqların yaradılması, həmçinin tanınmış lisenziyalı elektron pul və ödəniş təşkilatları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində mühüm görüşlər keçirilir.

Onun sözlərinə görə, bu görüş və danışıqlar beynəlxalq ödəniş xidmətlərinin təşkili və təchiz olunması, innovativ maliyyə həllərinin ölkəmizə gətirilməsi, eləcə də Azərbaycanın qlobal ödəniş ekosisteminə inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

  • Əlaqədar Yazılar

    Mərkəzi Bank anti-fraud tənzimləməsi üzərində iş aparır
    • İyun 3, 2026

    Azərbaycan Mərkəzi Bankı (AMB) anti-fraud tənzimləməsi üzərində iş aparır.Bunu qurumun İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur…

    Davamı oxu
    Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
    • İyun 3, 2026

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. “GDP Media” xəbər verir ki, Mərkəzi Bankın…

    Davamı oxu