İctimai nəqliyyat ödənişlərində – Yenilik

Artıq bank kartı ilə həyata keçirilən ödənişlər üzrə qəbzlərdə əməliyyatın aid olduğu marşrut xətti və ya metro stansiyası məlumatı əks olunur.

“GDP Media” xəbər verir ki, bu barədə “Bakıkart” məlumat yayıb.

Bildirilib ki, yeni funksiya istifadəçilərə ödənişlərini daha rahat izləməyə və əməliyyatları daha asan identifikasiya etməyə imkan verir.

“Bu yenilik ödəniş məlumatlarının daha şəffaf və anlaşıqlı təqdim olunmasına xidmət edir”, – deyə məlumatda qeyd edilib.

  • Əlaqədar Yazılar

    Mərkəzi Bankın xarici valyuta ehtiyatları mayda 12.7 milyard ABŞ dollarını keçib
    • İyun 2, 2026

    Azərbaycan Mərkəzi Bankı valyuta bazarında alışyönlü intervensiyasını davam etdirməklə valyuta ehtiyatlarını mayda daha 26 mln. dollar artırıb. “GDP Media” 26 may 2026-cı il tarixinə olan göstəriclərə istinadən xəbər verir ki, ehtiyatların həcmi  12 milyard 712 milyon dollara yüksəlib.AMB bir ay öncə faiz dərəcəsinə dair qərarında qeyd edib ki, Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi üstələyib ki, bu da həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərir. İlkin rəqəmlərə görə 2026-cı ilin 4 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 190 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq 2026-cı ilin martında 28%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Xüsusilə aprel ayında keçirilən valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması nəticəsində valyuta bazarında təklif artıqlığı yaranıb və Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Eləcə də əlavə edilir ki, 2026-cı ilin I rübündə ölkənin xarici ticarətində 1.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 93.3% üstələyir. Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu yaxşılaşma istiqamətində yenilənib. Bu, son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi, eləcə də qeyri-neft ixracının genişlənməkdə davam etməsi ilə bağlıdır.

    davamı
    “PAŞA Bank Türkiyə” ilk yaşıl istiqraz emissiyasını həyata keçirir
    • İyun 2, 2026

    Türkiyədə fəaliyyət göstərən PAŞA Bank Türkiyə yaşıl istiqraz emissiyasını elan edib. Bankın açıqlamasına əsasən, emissiya illik 42% sadə faiz dərəcəsi və 182 gün müddəti ilə investorlara təqdim olunacaq. “GDP Media xəbər verir ki,” yaşıl istiqraz üzrə tələb toplama prosesi 2–3 iyun 2026-cı il tarixlərində bankın rəqəmsal platforması üzərindən həyata keçiriləcək. Emissiyanın buraxılış tarixi isə 4 iyun 2026-cı il olaraq müəyyən edilib.Bank nümayəndələri bildiriblər ki, yaşıl istiqraz emissiyası uzunmüddətli strateji hədəflərin tərkib hissəsi olmaqla yanaşı, dayanıqlı maliyyələşmə və ekoloji layihələrin dəstəklənməsi istiqamətində mühüm addımdır. Qeyd edək ki, yaşıl istiqrazlar ekoloji layihələrin, bərpa olunan enerji, enerji səmərəliliyi və dayanıqlı inkişaf təşəbbüslərinin maliyyələşdirilməsi məqsədilə buraxılan qiymətli kağızlar hesab olunur.

    davamı