Maliyyə sektorunda uzunmüddətli təcrübəyə malik olan İsi Mustafayev “PASHA Capital İnvestisiya Şirkəti” QSC-nin Baş İcraçı direktoru vəzifəsinə təyin olunub.
GDP Media xəbər verir ki, bu barədə məlumat PAŞA Kapitalın mətbuat konfransında məlumat verilib.
Qeyd edək ki, İsi Mustafayev bu təyinata qədər müxtəlif maliyyə və bank institutlarında rəhbər vəzifələrdə çalışıb. O, 2023-2026-cı illərdə “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri, 2022-2023-cü illərdə isə qurumun İdarə Heyətinin üzvü olub.
Bundan əvvəl 2020-2021-ci illərdə “Rabitəbank” ASC-də, 2016-2020-ci illərdə isə “AG Bank” ASC-də departament direktoru vəzifəsində fəaliyyət göstərib.
İsi Mustafayev əmək fəaliyyətinə 2000-ci ildə “Partner Investment” MMC-də iqtisadçı kimi başlayıb. O, 2003-2016-cı illərdə Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışaraq iqtisadçı, baş iqtisadçı, eləcə də Kredit təşkilatlarına nəzarət departamentinin müdiri olub.
Maliyyə, bankçılıq və korporativ idarəetmə sahələrində geniş idarəçilik təcrübəsinə malik olan İsi Mustafayevin “PASHA Capital”a rəhbər təyin olunması şirkətin gələcək inkişaf strategiyası baxımından mühüm addım kimi qiymətləndirilir.


