JPMorgan iyunun sonunadək 165 milyard dollarlıq səhm satışının mümkünlüyü barədə xəbərdarlıq edir.
“GDP Media” xəbər verir ki,bankın analitikləri hesab edirlər ki, rüblük portfel rebalansı ən iri fondları səhmləri satmağa məcbur edəcək. Potensial satıcılar arasında Yaponiya pensiya fondu (təxminən 60 milyard dollar), ABŞ pensiya fondları (55 milyard dollar), Norges Bank (40 milyard dollar) və İsveçrə Milli Bankı (25 milyard dollar) var.
Əsas risk süni intellekt (AI) bazarının həddən artıq qızmasıdır. Goldman Sachs-ın məlumatına görə, hedj-fondların leverage (kredit çiyini) rekord səviyyələrə çatıb. Ən həssas sektor yarımkeçiricilərdir: onların bazar dəyərindəki payı real gəlirlərdəki payından xeyli yüksəkdir.
Bu, kripto bazarı üçün də bir siqnaldır. $BTC getdikcə daha çox texnoloji aktiv kimi qəbul edilir, buna görə də AI və yarımkeçirici sahəsində satış dalğası, həmçinin volatilliyin artması tez bir zamanda kriptovalyutalara təsir göstərə bilər.


