“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?

Son dövrlərdə Kredit Həyat Sığortasına maraq artıb. Bunun əsas səbəblərindən biri insanların kredit götürərkən gələcəkdə yarana biləcək riskləri də nəzərə almalarıdır.

Kredit Həyat Sığortası kredit götürən və kredit borcu olan şəxslər üçün nəzərdə tutulmuşdur. 

PAŞA Həyat Sığorta”nın təqdim etdiyi kredit həyat sığortası gözlənilməz hadisələr zamanı kredit öhdəliklərinin idarə olunmasına dəstək olur. 

Kredit həyat sığortası – kredit götürən şəxsin həyatını sığortalayan məhsuldur. Əgər kredit müddətində sığortalı şəxs vəfat edərsə və ya əlillik halı baş verərsə, onun banka olan qalıq kredit borcu sığorta şirkəti tərəfindən ödənilir. Bu da ailənin əlavə maliyyə çətinliyi ilə üzləşməsinin qarşısını alır.

Sığorta haqqının təyinində yaş, kredit məbləği, kredit müddəti kimi məlumatlar əsas götürülür. Amma bu proses çox sadədir – əlavə tibbi sənəd və ya mürəkkəb prosedur tələb olunmur. Müştəri üçün rahat və vaxt aparmayan bir şəkildə həyata keçirilir.

Kredit götürərkən “Kredit Həyat Sığortası” əldə etməyi unutmayın. Sığorta məhsulu haqqında daha ətraflı məlumat əldə etmək üçün “PAŞA Həyat Sığorta” ASC-nin çağrı mərkəzinə (942) və ya onlayn platforma üzərindən https://pasha-life.az/products/kredit-heyat-sigortasi müraciət edə bilərsiniz.

  • Əlaqədar Yazılar

    Yeni sığorta qaydaları: Kimlərin xərci artacaq, kimlər güzəşt qazanacaq?
    • İyun 16, 2026

    İyunun 16-dan etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarının hesablanması qaydalarında mühüm dəyişikliklər qüvvəyə minib. Yeni…

    Davamı oxu
    Avtosığorta haqqının hesablanması qaydaları dəyişir
    • İyun 9, 2026

    İyun ayının 21-dən etibarən avtomobillər üçün sığorta haqqının hesablanması qaydaları dəyişir. Yeni tətbiq olunacaq qaydalara görə sığorta haqqı hesablanarkən, sığorta…

    Davamı oxu