Mərkəzi Bank rəsmisi: “Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə tələblərə riayət etməyən qurumlar cərimələnəcək”

Azərbaycanın maliyyə sektoru üçün hazırlanacaq “anti-fraud” (fırıldaqçılıqla mübarizə) qanununun tələblərinə riayət etməyən təşkilatlar cərimə ilə üzləşə bilər.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı deyib.

Onun fikrincə, hazırlanması gözlənilən “anti-fraud” qanunvericiliyi maliyyə sahəsində vahid tələblərin formalaşdırılmasına şərait yaradacaq:

“Bu tələblər müəyyən edildikdən sonra maliyyə sektorunun bütün iştirakçıları onlara uyğun fəaliyyət göstərməli olacaq. Minimum olaraq bir standart formalaşır və bütün maliyyə sektoru bu standartlara riayət edir. Adətən qaydalar qəbul edildikdən sonra qurumlara həmin tələblərə adaptasiya olunmaq üçün bir illik müddət ayrılır. Sonrakı ildən etibarən isə həmin tələblər əsasında yoxlamalar aparılır. İnformasiya təhlükəsizliyi qaydaları üzrə yoxlamalar necə həyata keçirilirsə, “anti-fraud” sahəsində də analoji yoxlamalar reallaşdırılacaq”.

E. Eyvazlı vurğulayıb ki, yoxlamalar gedişində müəyyən edilən pozuntulara qarşı müvafiq tədbirlər görülə bilər:

“Mərkəzi Bankın bu məsələ ilə bağlı müəyyən proseduru mövcuddur. Həmin prosedurun çərçivəsində ilk növbədə xəbərdarlıq verilə, ardınca isə cərimə sanksiyaları tətbiq oluna bilər”.

  • Əlaqədar Yazılar

    Mərkəzi Bank kommersiya bankları üçün minimum məlumat indikatorları formalaşdıracaq
    • İyun 10, 2026

    Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarında məlumatların idarə edilməsi (data governance) istiqamətində minimum məlumat indikatorlarının hazırlanmasını planlaşdırır. Bunu AMB-nin İnformasiya…

    Davamı oxu
    Azərbaycanda bu şəxslərin kredit faizlərini dövlət ödəyəcək
    • İyun 10, 2026

    Azərbaycanda birillik əkin aparan fermerlər üçün yeni güzəştli maliyyələşdirmə mexanizminin tətbiqi çərçivəsində, əkin məqsədilə götürülən kreditlər üzrə illik faiz dərəcəsinin 19 %-ə…

    Davamı oxu