Mastercard qlobal stebleyn hesablaşmaları üçün Arbitrum platformasını seçdi

Mastercard yeni qlobal infrastrukturunun əsası kimi Arbitrum blokçeyn şəbəkəsini seçdiyini açıqlayıb.

“GDP Media” xəbər verir ki,şirkət tənzimlənən USDC və PYUSD stebleynləri ilə əməliyyatlar aparmaq üçün bu L2 həllindən istifadə edəcək.

Yeni sistem beynəlxalq hesablaşmaları demək olar ki, ani sürətə çatdıracaq, həmçinin həftə sonları və bayram günləri də daxil olmaqla maliyyə əməliyyatlarını 7/24 dəstəkləyəcək.

Mastercard-ın xüsusi (private) blokçeyn əvəzinə açıq publik L2 şəbəkəsini seçməsi sənaye üçün mühüm göstərici sayılır. Ekspertlər bunu mərkəzləşdirilməmiş, miqyaslana bilən şəbəkələrin artıq iri korporativ yüklərin öhdəsindən gəlməyə hazır olduğunun etirafı kimi dəyərləndirirlər.

Arbitrum üçün bu addım institusional qəbul baxımından güclü nümunədir. Analitiklər bunun ödəniş sənayesinin digər nəhənglərini də oxşar addımlar atmağa təşviq edə biləcəyini bildirirlər.

Mastercard-ın bu qərarı, eyni zamanda, ənənəvi maliyyə institutlarının blokçeyn texnologiyalarına etibarının artdığını göstərir.

  • Əlaqədar Yazılar

    ABB-dən səsli süni intellekt bankçılığı: 230 min istifadəçi, 2,5 milyon əməliyyat-Yahoo finance yazır
    • İyun 4, 2026

    Cənubi Qafqazın aparıcı banklarından olan ABB-nin “AI-nur” və “AI-xan” süni intellekt köməkçiləri dünyanın nüfuzlu maliyyə platformalarından biri olan Yahoo Finance-da…

    Davamı oxu
    Neft böhranı Fitch-in dünya iqtisadiyyatı proqnozlarını aşağı saldı
    • İyun 4, 2026

    Beynəlxalq reytinq agentliyi Fitch neft qiymətlərinin kəskin artması və enerji bazarlarında yaranan qeyri-müəyyənlik səbəbindən dünya iqtisadiyyatının artım proqnozlarını aşağıya doğru…

    Davamı oxu