Murad Süleymanov: “16 min investor artıq PAŞA Bank səhmlərinə sifariş verib”

Abunə yazılışının ilk ayının son günlərində “PAŞA Bank” ASC-nin səhmlərinə sifariş sayı digər günlərlə müqayisədə daha yüksək olub.

“GDP Media” xəbər verir ki,bankın İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı Murad Süleymanov bildirib ki, ikinci ayın son 3 günü ərzində də sifarişlərin artacağı gözlənilir. Bugünədək qəbul edilmiş sifarişlərin cəmi məbləği təklifin məbləği olan 51,3 milyon manatı üstələyir. Başqa sözlə, “PAŞA Bank” planlaşdırdığı məbləği rahat cəlb edə biləcək.

Səhmlərin bölüşdürülməsi qaydasına görə, 1-ci mərhələdə sifariş həcmi 20 000 manatadək olan fiziki şəxslər arasında təklif olunan səhmlər bölüşdürüləcək. Bu mərhələdə sifarişlərin cəmi məbləği təklifin ümumi məbləğini aşmadığı üçün, belə investorların sifarişlərinin 100 faizi “PAŞA Bank” səhmlərinə sahib olacağı ehtimalı yüksəkdir.

Xatırladaq ki, “PAŞA Bank” IPO-da (Initial Public Offering – İlkin Kütləvi Təklif) kapitalının 5%-ni təşkil edən 932 926 adi səhmi satışa çıxarıb. Bir səhmin qiyməti 55 manatdır, yəni bank təxminən 51,3 milyon manat cəlb etməyi hədəfləyir. Bu qiymətə görə bankın təxmini post-IPO bazar dəyəri 1 milyard 26 milyon manat təşkil edir. Lakin bazar dəyəri yerləşdirmədən sonra səhmlərin bazar qiymətindən asılı olacaq.

Abunə yazılışı əvvəlcə 12 Mayda başa çatmalı idi, lakin 12 İyun 2026-cı ilədək uzadılıb. Bankın açıqlamasına görə, bu uzadılma investor və tərəfdaş müraciətləri, həmçinin “yüksək investor marağı” ilə əsaslandırılıb.

Murad Süleymanov qeyd edib ki, bankın niyyəti bazarda 15–20 ədəd belə keyfiyyətli kağızın olmasıdır. Bu günə qədər 16 min investor artıq sifariş yerləşdirib. Qeyd olunub ki, bu IPO-da cari səhmdarların səhmləri bazara çıxarılmayıb; bazara yalnız tam yeni 932 min səhm buraxılıb. Nəticədə səhmlərin sayı 17 milyondan 18 milyona qədər artıb.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu