Mərkəzi Bankın FinCERT mərkəzi qlobal kibertəhlükəsizlik şəbəkəsinə qoşuldu

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə sektorunda kibertəhlükəsizlik insidentləri üzrə koordinasiyanın təmin edilməsi məqsədilə yaradılmış Maliyyə sektorunda sahəvi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (FinCERT) beynəlxalq səviyyədə tanınmış “Forum of Incident Response and Security Teams” (FIRST) təşkilatına üzv qəbul edilib.

“GDP Media” xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, FinCERT üzvlük üçün müəyyən edilmiş bütün tələbləri uğurla yerinə yetirərək dünyanın aparıcı kibertəhlükəsizlik insidentlərinə cavab komandalarını birləşdirən beynəlxalq təşkilatın üzvü statusunu əldə edib.Qeyd olunub ki, FIRST dövlət, kommersiya və akademik sektorlarda fəaliyyət göstərən kompüter təhlükəsizliyi insidentlərinə cavab qruplarını bir araya gətirən nüfuzlu beynəlxalq platformadır.

FinCERT-in təşkilata üzvlüyü maliyyə sektorunda kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrə çıxış imkanlarının artırılması, operativ məlumat mübadiləsinin gücləndirilməsi və kiberinsidentlərə qarşı mübarizə potensialının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bildirilib ki, bu üzvlük Azərbaycan maliyyə sektorunda kibertəhlükəsizlik ekosisteminin daha da inkişaf etdirilməsinə, sektor üzrə erkən xəbərdarlıq mexanizmlərinin və koordinasiya imkanlarının gücləndirilməsinə, eləcə də maliyyə bazarı iştirakçılarının kiberdayanıqlılığının artırılmasına töhfə verəcək.

Xatırladaq ki, FinCERT maliyyə sektorunda kibertəhlükəsizlik insidentləri ilə bağlı məlumatların qəbul edilməsi, təhlili və aidiyyəti qurumlarla koordinasiyanın təmin olunması məqsədilə fəaliyyət göstərən sahəvi mərkəzdir. Mərkəzin əsas fəaliyyət istiqamətləri operativ məlumat mübadiləsinin təşkili, kiberinsidentlərə qarşı koordinasiyalı yanaşmanın dəstəklənməsi və maliyyə bazarı iştirakçılarının kibertəhlükəsizlik sahəsində dayanıqlılığının gücləndirilməsindən ibarətdir

  • Əlaqədar Yazılar

    Beş aparıcı maliyyə qurumu qlobal iqtisadiyyat və maliyyə bazarları ilə bağlı yeni proqnozlarını açıqlayıb.
    • İyun 11, 2026

    Beş aparıcı maliyyə qurumu qlobal iqtisadiyyat və maliyyə bazarları ilə bağlı yeni proqnozlarını açıqlayıb. GDP Media xəbər verir ki, Goldman Sachs süni…

    Davamı oxu
    Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb, Brent üzrə qiymət gözləntisini artırıb
    • İyun 11, 2026

    Dünya Bankı 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu 2,6%-dən 2,5%-ə endirib. “GDP Media” xəbər verir ki, proqnozun aşağı salınmasına…

    Davamı oxu