“PAŞA Bank”ın rəhbəri Cavid Quliyev:“19 il geridə qaldı, indi isə yeni mərhələ başlayır”

PAŞA Bank fəaliyyətinin 19-cu ildönümünü qeyd edir.

“GDP Media”xəbər verir ki, bu münasibətlə bankın Baş İcraçı Direktoru Cavid Quliyev paylaşım edərək bildirib ki, son 19 il ərzində PAŞA Bank Azərbaycanın aparıcı korporativ banklarından birinə çevrilib, minlərlə biznesin inkişafına dəstək göstərərək ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verib.

Onun sözlərinə görə, cari il bankın tarixində yeni mərhələnin başlanğıcı kimi yadda qalacaq. Belə ki, bir neçə gün əvvəl PAŞA Bank ilkin kütləvi səhm təklifi (IPO) prosesini uğurla başa çatdırıb. Bu hadisə bank üçün yeni inkişaf dövrünün əsasını qoymaqla yanaşı, illər ərzində formalaşdırılan dəyərin və qazanılmış etimadın daha geniş investor auditoriyası ilə bölüşdürülməsinə imkan yaradıb.

Cavid Quliyev qeyd edib ki, IPO-nun uğurla həyata keçirilməsi həm Azərbaycanın kapital bazarlarının inkişafı, həm də bankın gələcək strateji hədəfləri baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, PAŞA Bank gələn il 20 illik yubileyini artıq publik şirkət kimi qeyd edəcək.

Baş direktor əldə olunan uğurların arxasında böyük zəhmətin, etimadın və tərəfdaşlığın dayandığını vurğulayaraq, bankın əməkdaşlarına, müştərilərinə, təsisçilərinə, investorlarına və tərəfdaşlarına təşəkkürünü bildirib.

“İnanıram ki, qarşıdakı illər PAŞA Bank üçün yeni imkanlar, daha böyük uğurlar və iddialı hədəflərlə yadda qalacaq. On doqquz il geridə qaldı, indi isə yeni mərhələ başlayır”, – deyə Cavid Quliyev bildirib.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu