“PashaPay”ə yeni rəhbər təyin edilib

Bir ekosisteminə daxil olan Azərbaycanın aparıcı fintex şirkətlərindən biri olan “PashaPay” MMC-də (m10, MilliÖN) yeni təyinat həyata keçirilib. 

GDP Media” xəbər verir ki, bank və maliyyə sektorunda 20 ildən artıq peşəkar təcrübəyə malik olan Camal Tağıyev şirkətin İcraçı direktoru vəzifəsinə təyin olunub.

Camal Tağıyev maliyyə sektoru, ödəniş sistemləri, ödəniş həllərinin təkmilləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması sahələrində uzunmüddətli idarəetmə təcrübəsinə malikdir. 

O, müxtəlif illərdə Kapital Bank və Xalq Bank-da rəhbər vəzifələrdə çalışıb. Son olaraq isə Bir ekosisteminin Ödənişlər biznesində Ödəniş əməliyyatları ofisinin rəhbəri vəzifəsini icra edib.

Qeyd edək ki, Camal Tağıyev Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr, İsveçrənin UBIS Universitetində Biznesin idarə edilməsi (MBA) ixtisası üzrə magistr təhsili alıb.

  • Əlaqədar Yazılar

    Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
    • İyun 23, 2026

    PAŞA Bank ilə Türk Hava Yolları arasında Miles&Smiles birgə markalı kart üzrə 3 illik yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib….

    Davamı oxu
    Mastercard: 2026-cı ildə səyahət trendlərini üç əsas amil formalaşdıracaq
    • İyun 23, 2026

    Mastercard Economics Institute “The new travel equation: Macro, machines, motivation” adlı illik səyahət hesabatını təqdim edib. “GDP Media” xəbər verir…

    Davamı oxu